Avro-2020-nin ən yaxşı oyunçularının reytinqi açıqlanıb –

SİYAHI
07 İyul 2021 - 09:18

Hazırda davam edən Avro-2020-nin ən yaxşı oyunçularının reytinqi açıqlanıb.

Bu barədə UEFA məlumat yayıb.

Siyahının hazırlanmasında meydanda müxtəlif fəaliyyətlərə görə balların təqdim olunması qaydasına əsaslanan mürəkkəb alqoritmdən istifadə olunub.

Siyahıya Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo başçılıq edir. İkinci pillədə Çexiya millisindən Patrik Şik, üçüncü pillədə isə Danimarkadan Yoahim Mehle qərarlaşıb.

Siyahının növbəti pillələri belədir:
4. Marko Veratti (İtaliya)

5. Andrey Yarmolenko (Ukrayna)

6. Robin Qozens (Almaniya)

7. Stiven Suber (İsveçrə)

8. Nikolay Matviyenko (Ukrayna)

9. Rahim Sterlinq (İngiltərə)

10. Cerdan Şakiri (İsveçrə)