Avro-2020-nin ən yaxşı oyunçularının reytinqi açıqlanıb –SİYAHI

Hazırda davam edən Avro-2020-nin ən yaxşı oyunçularının reytinqi açıqlanıb.

Bu barədə UEFA məlumat yayıb.

Siyahının hazırlanmasında meydanda müxtəlif fəaliyyətlərə görə balların təqdim olunması qaydasına əsaslanan mürəkkəb alqoritmdən istifadə olunub.

Siyahıya Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo başçılıq edir. İkinci pillədə Çexiya millisindən Patrik Şik, üçüncü pillədə isə Danimarkadan Yoahim Mehle qərarlaşıb.

Siyahının növbəti pillələri belədir:
4. Marko Veratti (İtaliya)

5. Andrey Yarmolenko (Ukrayna)

6. Robin Qozens (Almaniya)

7. Stiven Suber (İsveçrə)

8. Nikolay Matviyenko (Ukrayna)

9. Rahim Sterlinq (İngiltərə)

10. Cerdan Şakiri (İsveçrə)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Da Vinçinin birbaşa törəmələri tapıldı

Sonrakı məqalə

İtaliya – İspaniya oyununun ən yaxşı futbolçusu bəlli oldu