Avro-2024:yarımfinal oyunlarının hakimləri bəlli olub

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında yarımfinal mərhələsinin oyunlarına hakim təyinatları açıqlanıb.

İspaniya və Fransa yığmaları arasında keçiriləcək görüş sloveniyalı Slavko Vinçiçə həvalə olunub. Ona həmyerliləri Tomaj Klançik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını İvan Krujlyak yerinə yetirəcək.

VAR hakimi Neyts Kaytazoviç olacaq.

Niderland–İngiltərə qarşılaşmasını isə Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın referisi Feliks Zvayer olacaq. Ona yan xətt hakimləri Stefan Lupp və Marko Açmüller kömək edəcəklər.

VAR-da isə Kristian Dingert yer alacaq.

Qeyd edək ki, iyulun 9-da keçiriləcək İspaniya-Fransa oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İyulun 10-da oynanılacaq Niderland–İngiltərə görüşü isə saat 23:00-da start götürəcək(azərtac).

Əvvəlki məqalə

Rusiyadan müdafiə olunmaq üçün NATO-nun yüz minlərlə əsgərə ehtiyacı var

Sonrakı məqalə

“Livan xalqını qorumaqda zərrə qədər tərəddüd etməyəcəyik”