Avropa bazarında 1 ton süd neçəyədir?

Avropa İttifaqında noyabr ayında südün 1 tonunun fermadan satış qiyməti 557 dollar olub.

Azpost.info bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin noyabr ayı üçün hazırladığı hesabatda deyilir.

Sənəd ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 10 dekabr 2024-cü il tarixli hesabatı əsasında hazırlanıb.

2024-cü ilin oktyabr ayında ABŞ bazarında süd xammalının 1 tonunun fermadan satış qiyməti 1.1% azalaraq 556 ABŞ dolları olub. Yeni Zelandiya bazarında isə 3.3% artaraq 439 ABŞ dollarına satılıb.

Quru südün 1 tonunun qiyməti ABŞ-da 5049 dollar, Avropa İttifaqında 4664 dollar olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.