Avropa çempionatı:Güləşçimiz erməni üzərində əzmkar qələbə qazandı

Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında ilk görüşünü keçirib.

“Report”un məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində Ermənistan təmsilçisi Gevorq Mxeyanla üz-üzə gəlib.

İlk hissə rəqibin 8:1 hesablı qələbəsi ilə bitib. Mustafayev ikinci yarıda əzmkarlıq göstərərək 15:8 hesabı ilə qələbə qazanıb və 1/8 finala yüksəlib.

Qeyd edək ki, bu gün digər sərbəst güləşçilər Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) də mübarizəyə qoşulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb

Sonrakı məqalə

Almaniyada qaçqın kampında qıza görə dava –