Avropa İttifaqı Belarusa yeni sanksiyalar tətbiq edib

Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzündə iştirak etdiyi üçün Belarusa qarşı sanksiyaları sərtləşdirib.

Azpost.info xəbər verir ki, Aİ nümayəndələri iyulun 26-da yeni məhdudiyyətlər paketi ilə bağlı razılığa gəliblər.

“Aİ səfirləri Belarusdakı vəziyyət və ölkənin Rusiyanın Ukraynaya qarşı təcavüzündə iştirakını nəzərə alaraq məhdudlaşdırıcı tədbirlər görməyə razılaşıblar”, – İspaniya nümayəndə heyəti bildirib.

Sanksiyalar Belarus şirkətlərinə və vətəndaşlarına qarşı tətbiq edilib. Həmin şəxslərin siyahısı hələ açıqlanmayıb.

Azpost.info

Əvvəlki məqalə

Rusiya-Afrika forumuna 54 liderdən 17-si gəldi

Sonrakı məqalə

Müddətsiz əlillik təyin olunacaq yeni ürək xəstəlikləri müəyyənləşdirilib