“Avropa İttifaqı Cənubi Qafqazda sülh və təhlükəsizliyin gücləndirilməsində maraqlıdır”

Avropa İttifaqı (Aİ) bütün Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyinin təmin edilməsinə qətiyyətlə sadiqdir.

Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi mümayəndəsi Toivo Klaar Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili ilə görüşdən sonra bildirib.

O qeyd edib ki, tərəflər görüş zamanı regional təhlükəsizlik məsələlərini müzakirə ediblər: “Biz bütün regionda sülhün və təhlükəsizliyin inkişaf etdirilməsində maraqlıyıq və bunun iştirakçısıyıq. Mən ümid edirəm ki, Avropa İttifaqının bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyinin gücləndirilməsinə qətiyyətlə sadiq olduğunu nümayiş etdirə bilmişəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş Nazir İqtisadi Şuranın iclasını çağırdı –

Sonrakı məqalə

Diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş Ağdamda səfərdədir