“Avropa İttifaqı digər ölkələrə mühazirə oxumağı dayandırmalıdır”- ŞARL MİŞEL

Avropa İttifaqı dünyanın digər ölkələrinə mühazirə oxumağı dayandırmalıdır.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Rusiyada keçirilən BRİKS sammitindən sonra “Financial Times”a müsahibəsində deyib.

“Vladimir Putinin təşkil etdiyi Rusiya sammitində Aİ tərəfdaş ölkələrinin iştirakı Brüsselə dünyanın digər yerlərində mühazirə oxumağı dayandırmaq üçün bir mesajdır”, – Mişel bildirib.

Onun sözlərinə görə, əgər assosiasiya Rusiya və Çinin təsirinin genişlənməsinə müqavimət göstərmək istəmirsə, inkişaf etməkdə olan ölkələrə daha çox hörmət göstərmək lazımdır.

Şarl Mişel qeyd edib ki, avropalılar özlərinin haqlı olduqlarına əmindirlər və başqalarının niyə fərqli düşündüyünü anlamağa heç vaxt səy göstərmirlər.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.