Ermənistan “erməni konyakı” adından imtina edir –"Avropada istehza doğurur"

Ermənistan 2043-cü ilə qədər “erməni konyakı” adından imtina etməlidir.

Azpost.info bildirir ki, bu barədə Ermənistanın Milli şərab mərkəzinin sədri Avaq Arutunyan Sputnik radiosuna bildirib.

Avropa İttifaqı ilə sazişdə bu nəzərdə tutulub.

Arutunyan deyib ki, Ermənistan Avropa İttifaqı ilə saziş imzalayarkən bu şərti qəbul edib. Artıq şampanla bağlı tələbin zamanı bitib, indi növbə konyakındır: “Bizim məhsul dünyada “erməni konyakı” kimi tanınmır. 1950-ci ildən başlayaraq bu adla dünyaya konyak ixrac edilmir. Bu ad SSRİ-nin daxili bazarında işlənib. Avropa bunu çox pis qarşılayır. “Erməni konyakı” ifadəsi orada həmişə istehza doğurub”.

Ermənistan indi konyak üçün yeni brend fikirləşməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcü müxalifəti Saakaşvilinin Gürcüstana qayıtmasını tələb edir

Sonrakı məqalə

Neftin qiyməti ucuzlaşıb