“Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək istəyirik”- PAŞİNYAN

İrəvan Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək üçün siyasi iradəyə sahibdir.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan Aİ üzvlüyünə namizəd statusu ala bilməsi ilə bağlı Avropa Parlamentinin qətnaməsini alqışlayır.

“Dünən Avropa Parlamenti Ermənistanın Avropa İttifaqı ilə daha sıx əlaqələrinə dair qətnamə qəbul edib. Qətnaməyə görə, Ermənistan Aİ-yə üzv olmaq üçün namizəd olarsa, Avropa Parlamenti bu prosesə kömək etməlidir”, – Paşinyan deyib.

Azpost.info

Əvvəlki məqalə

“Mənimsənilən pullarla bağlı sistem 1993-cü ildən belə idi” –

Sonrakı məqalə

Sabah hava necə olacaq?