Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş noyabrda imzalanacaq? 

Avropa Komissiyası yaxın iki ayda Azərbaycanla yeni tərəfdaşlıq sazişi bağlamağa ümid edir.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasındakı mənbələr bildirib. Məlumatda qeyd edilir: “Mənbə noyabrın 1-dək Avropa Komissiyasının səlahiyyət müddətində razılaşmanın mümkün olduğuna dair açıq nikbinlik ifadə edib”.

Qeyd edilir ki, yeni sazişlə bağlı danışıqların növbəti mərhələsi sentyabrda keçiriləcək.

Qeyd edək ki, 2016-cı ilin noyabrında Avropa İttifaqı (Aİ) Şurası Avropa Komissiyasına Azərbaycanla hərtərəfli sazişin hazırlanması üzrə İttifaq ölkələri adından danışıqlar aparmağa mandat verib.

Yeni saziş, Aİ və Azərbaycanın bu gün qarşılaşdığı ümumi məqsəd və problemlərin daha geniş şəkildə nəzərdən keçirilməsinə imkan yaradaraq 1996-cı il tərəfdaşlıq və əməkdaşlıq razılaşmasını əvəz etməlidir.

Sənəd Azərbaycan qanunvericiliyinin və prosedurlarının daha vacib beynəlxalq və ticarət normalarına və Aİ standartlarına yaxınlaşdırılmasını nəzərdə tutur ki, bu da Azərbaycan məhsullarının Aİ bazarlarına daha asan çıxmasına səbəb olacaq.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir