Avropa İttifaqı Aleksandr Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımaqdan imtina edib.
RİA Novosti-nin xəbərinə görə, qurumun məlumatında qeyd edilir ki, Lukaşenkonun inaqurasiyası legitimlikdən məhrumdur və Belarusda böhranı daha da dərinləşdirəcək.