Avropa İttifaqı Nigerlə bütün sahələrdə əməkdaşlığı dayandırdı- AÇIQLAMA

Avropa İttifaqı Nigerlə əməkdaşlığın bütün formalarını dayandırıb.

Azpost.info xəbər verir ki, bunu Aİ diplomatiyasının rəsmisi Piter Stano bildirib.

O qeyd edib ki, Avropa Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinə daxil olan ölkələrin liderlərinin görüşünün nəticələrini gözləyir.

“Biz bu mərhələdə Nigerlə hər növ əməkdaşlığı dayandırdıq. Buraya miqrasiya axınları ilə bağlı əməkdaşlıq da daxildir. Bəli, indi bütün fəaliyyətlər dayandırılıb: maliyyə dəstəyi, mülki missiyalar, təhlükəsizlik sahəsində əməkdaşlıq”, – Stano deyib.

Qeyd edək ki, Aİ bundan əvvəl Nigerə maliyyə dəstəyini dayandırmışdı.

Azpost.info

Əvvəlki məqalə

9 illik bazada kolleclərə qəbulun nəticələri elan olunub

Sonrakı məqalə

Türkiyədə saxlanılaraq ölkəyə gətirilən Fazil Qasımov həbs edilib