Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq- Daha 6 ay müddətinə

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları iyunun 19-da videokonfrans şəklində keçiriləcək sammitdə Rusiyaya qarşı müddəti iyulun 31-də başa çatacaq iqtisadi sanksiyaların daha 6 ay uzadılması ilə bağlı qərar verəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasındakı mənbə məlumat verib.

“Məlumdur ki, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər Minsk sazişinin icrası ilə əlaqələndirilir. Liderlərin bu müddətdə ciddi irəliləyiş olmadığı qənaətinə gəlməsi və sanksiyaların daha altı ay müddətinə uzadılması ilə bağlı siyasi qərar verməsi gözlənilir”, – mənbə deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah güclü külək əsəcək

Sonrakı məqalə

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin götürüldü