Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin götürüldü

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Geta (Aşağı Güləver) kəndində sərt karantin rejimi ləğv olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Aparat rəhbəri Natia Mezvrişvili bildirib.

Onun sözlərinə görə, bu gündən kəndə giriş-çıxış bərpa olunub.

Qeyd edək ki, Getada COVID-19-a son yoluxma halı mayın 16-da qeydə alınıb. Kənddə sərt karantin rejimi mayın 15-dən etibarən tətbiq olunurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq

Sonrakı məqalə

Hadı Rəcəblinin oğluna nazirlikdə vəzifə verildi