Avropa İttifaqının səfirləri Rusiyaya qarşı sanksiyaları genişləndirmək barədə qərar qəbul etməyə hazırlaşırlar.
Azpost.info xəbər verir ki, bu barədə RAR agentliyi məlumat yayıb.
“İyulun 18-də üzv ölkələrin Aİ-dəki səfirlərinin görüşündə, yəqin ki, Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı qərar qəbul ediləcək”, – mənbə bildirib.
Mənbənin sözlərinə görə, sanksiyalar siyahısına yeni şəxslər və təşkilatlar əlavə olunacaq. Söhbət dezinformasiya fəaliyyətinə görə məsuliyyət daşıyan şəxslər və təşkilatlardan gedir.
Azpost.info