“Avropa İttifaqı səfərbərlikdən yayınan rusları qəbul etməlidir”- ŞARL MİŞEL

“Avropa İttifaqı səfərbərlikdən yayınan Rusiya vətəndaşlarını qəbul etməlidir”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel “Politico”ya müsahibəsində deyib.

“Avropa İttifaqı siyasi baxışlarına görə təhlükə altında olanları qəbul etməli, Kreml tərəfindən istifadə olunmaqdan imtina edənlərə münasibətdə açıqlıq nümayiş etdirməlidir. Bu məsələnin qısa zamanda koordinasiya edilməsinə ehtiyac var”, – Ş.Mişel bildirib.

O qeyd edib ki, həmkarları ilə bu təşəbbüsün necə həyata keçirilə biləcəyi ilə bağlı məsləhətləşmələrə hazırdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.