Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro yardım ayırdı

“Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro məbləğində yeni yardım tranşı ayırıb”.

Azpost.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.

“Bu gün biz Ukraynaya daha 1,5 milyard avro ödədik. Belə tranşlar Ukraynaya infrastrukturu bərpa etməyə və Avropa İttifaqına gedən yolda islahatlar aparmağa kömək etməlidir”, – fon der Lyayen deyib.

Onun sözlərinə görə, vəsait makromaliyyə yardımı proqramı çərçivəsində ayrılıb.

Azpost.info

Əvvəlki məqalə

Ermənilərin Ağdamın Qalayçılar kəndi yaxınlığındakı döyüş mövqeyindən xeyli sayda silah-sursat aşkarlanıb

Sonrakı məqalə

Ukrayna Rusiyanın Qara Dəniz donanmasının qərargahını raketlə vurdu