Avropa İttifaqı yaxın 10 ildə ABŞ olmadan müdafiəsini təmin edə bilməyəcək-Bloomberg

Avropa İttifaqı (Aİ) ölkələri ən azı 10 il ABŞ-ın köməyi olmadan öz müdafiə imkanlarını təmin edə bilməyəcək.

Bu barədə “Bloomberg” agentliyi adı açıqlanmayan avropalı diplomata istinadla məlumat yayıb.

Nəşr yazıb ki, Avropa ölkələri indi hücuma məruz qalsalar, onlar bir neçə cəbhədə ABŞ-dan asılı olacaqlar. Bunlara hava və raket hücumundan müdafiə, uzaqmənzilli raketlər və müharibə ilə mübarizə üçün lazım olan qabaqcıl kompüter sistemləri daxildir.

Adının çəkilməsini istəməyən avropalı diplomatın fikrincə, ən pis ssenari bir sıra hadisələr – Aİ ölkələrinin müdafiəyə investisiyaları artırmaması, Vaşinqtonun Ukraynaya yardımını dayandırması, Donald Trampın prezident seçkilərində qələbəsi və ABŞ-ın NATO-dan çıxması nəticəsində yarana bilər.

Əvvəlki məqalə

Qurban Qurbanov “Braqa” ilə sabahkı oyundan danışdı

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri