Avropa İttifaqında avtomobil satışları 55% azalıb

Bu ilin mart ayında Avropa İttifaqında (Aİ) yeni avtomobillərin satışı koronavirus (COVID-19) pandemiyasının təsiri ilə illik müqayisədə 55,1% azalaraq 567 308 ədədə düşüb.

“Report” xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) məlumat yayıb.

Məlumata görə, Aİ-na üzv ölkələr arasında ən çox azalma İtaliyada qeydə alınıb – 85,4%. Növbəti pillələrdə 72% azalma ilə Fransa və 69,3% azalma ilə İspaniya qəralaşıb.

Ötən ay Avropada ən çox avtomobil satışını 164 653 ədədlə “VW Group” reallaşdırıb. Onu 68 816 ədədlə “PSA Group” və 55 663 ədədlə “Renault Group” izləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Karantin rejimi dövründə daşınan sərnişin sayı 85 faiz azalıb

Sonrakı məqalə

Danimarkada karantin rejimi yüngülləşdirilir