Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Avropa İttifaqında rekord sayda zavod və fabriklər bağlanır

User 09 Sentyabr 2025 - 12:10 (Last updated: 09 Sentyabr 2025 - 11:32)
zavod

Avropa İttifaqının sənaye sektoru ciddi böhranla üz-üzədir.

AzPost xəbər verir ki, bu ilin ilk səkkiz ayında qurum üzrə yetmiş iki iri müəssisə fəaliyyətini dayandırıb. Bu, son on beş ildə müşahidə olunmayan göstəricidir.

Mütəxəssislərin sözlərinə görə, hazırkı rəqəmlər 2009-cu il qlobal maliyyə böhranı zamanı qeydə alınan səviyyəyə yaxınlaşır. Həmin dövrdə səksəndən çox iri müəssisə bağlanmışdı.

Bağlanmalar ən çox İspaniyada qeydə alınıb – Avropa İttifaqında fəaliyyətini dayandıran hər beş müəssisədən biri bu ölkəyə aiddir. Daha sonra Fransa, Almaniya və Çexiya da mənfi göstəricilərlə diqqət çəkir. Ən az itki isə Xorvatiya və Daniyada müşahidə olunub, hər iki ölkədə yalnız bir müəssisə bağlanıb.

İqtisadi çətinliklər əmək bazarına da təsir edib. İndiyədək sənaye sektorunda on səkkiz min nəfər iş yerini itirib. Bu rəqəm koronavirus dövründəki səviyyədən cüzi az, amma 2009-cu il böhranında qeydə alınan iyirmi yeddi minlik işsizlərdən xeyli aşağıdır.

Ekspertlər hesab edirlər ki, əgər tendensiya davam etsə, ilin sonuna qədər bağlanan müəssisələrin sayı daha da arta bilər. Bu isə həm iqtisadi artıma, həm də sosial sabitliyə ciddi zərbə vura bilər.

AzPost.az

Post navigation

Previous: Ailələri dağıtmaqda ittiham olunan 3 cadugər həbs olunub
Next: Şağan Pansionatında antisanitariya –

Oxşar xəbərlər

pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.