Avropadan Çinin strateji layihəsinə qarşı demarş –150 milyardlıq layihə başlayır

Brüsseldə Avropa İttifaqı və Afrika İttifaqının iki günlük sammiti “2030-cu ilə qədər olan dövr üçün birgə baxış” haqqında bəyannamənin qəbulu ilə başa çatıb.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bəyannamə həmrəylik, təhlükəsizlik, sülh, davamlı iqtisadi inkişaf və firavanlıq naminə yenilənmiş tərəfdaşlığı nəzərdə tutur.
Almaniya kansleri Olaf Şolts sammitdə bildirib ki, birgə həll etməli olduqları bir sıra problemlər var. Bunlar iqlimin qorunması, qlobal sağlamlıq, qaydalara əsaslanan çoxtərəfli nizam, sülh və təhlükəsizlik, əhalinin miqrasiyasıdır: “Avropa və Afrika dövrümüzün əsas suallarına yalnız birlikdə cavab verə bilər”.
Sammitdə qəbul edilən yekun sənəd, Avropa İttifaqının koronavirusa qarşı peyvənd kampaniyalarını sürətləndirmək üçün Afrikaya 425 milyon avro ayırmasını nəzərdə tutur. Brüssel peyvəndin maliyyələşdirilməsi ilə bağlı əvvəlki öhdəliklərini bir daha təsdiqləyib.
Birgə bəyanatda həmçinin, Afrikada infrastrukturun inkişafı üçün nəzərdə tutulan ən azı 150 milyard avroluq investisiya paketi elan edilib: “Biz 2030-cu ilə qədər kollektiv investisiya, səhiyyə və təhsil ambisiyalarımızı həyata keçirəcək ən azı 150 milyard avroluq Afrika- Avropa investisiya proqramını elan edirik”.

Bu, “Qlobal Gateway” proqramının ilk konkret layihəsi olacaq. “Global Gateway” Çinin “Bir kəmər-bir yol” iqtisadi konsepsiyasına qarşı Brüssel tərəfindən düşünülmüş strategiyadır. Onun əsas məqsədi strateji əhəmiyyətə malik, xüsusilə təbii ehtiyatlarla zəngin regionlarda Avropa İttifaqının iqtisadi mövqelərini gücləndirməkdir.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AMEA prezidenti vəzifəsinin icrası Arif Həşimova həvalə olundu

Sonrakı məqalə

BŞİH Aparatına müvəqqəti rəhbər təyin olunub