Avropa İttifaqının deputatları Azərbaycanla sərhəddə Həkəri körpüsünə gəlib

Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki monitorinq missiyası və Avropa Parlamentinin (AP) deputatları Azərbaycan-Ermənistan sərhədinin Həkəri körpüsü yaxınlığındakı hissəsinə baş çəkiblər.

Bu barədə Aİ-nin Ermənistandakı missiyasısı “Twitter“də yazıb.

Bildirilib ki, Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin və Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin rəhbəri Natali Loiseau Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki monitorinq missiyasının rəhbəri Markus Ritterin müşayiəti ilə Həkəri körpüsü yaxınlığındakı əraziyə baş çəkiblər.

Onlar bu yaxınlarda silahlı insident baş verən yerdə avropalı müşahidəçilərin işi ilə tanış olublar.

Xatırladaq ki, 15 iyun tarixində hərbçilərimiz ölkəmizin suveren ərazisi olan Həkəri körpüsündə Azərbaycan bayrağı ucaldıb və bu zaman Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəş açıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.