Avropa İttifaqının xilasedici komandası Türkiyəyə yola düşüb

Avropa İttifaqının Niderland və Rumıniyadan xilasedici komandası Türkiyəyə yola düşüb.

Bunu Aİ-nin böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarcic bildirib.

“Bu səhər Türkiyədə baş verən zəlzələdən sonra Aİ-nin Mülki Müdafiə Mexanizmini işə saldıq. Aİ-nin Fövqəladə Hallara Cavab Koordinasiya Mərkəzi Avropadan xilasetmə qruplarının göndərilməsini koordinasiya edir. Niderland və Rumıniyadan xilasedici komandalar artıq yoldadır” – deyə, o, qeyd edib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.