Avropa Komissiyasından “TikTok” qadağası- İşçilərə müraciət etdi

Avropa Komissiyası işçilərindən Çin sosial şəbəkə proqramı “TikTok”u korporativ telefonlardan silməyi xahiş edib.

Azpost.info xəbər verir ki, bu qərar Avropa Komissiyasının kibertəhlükəsizlik tədbirləri çərçivəsində qəbul edilib.

Bir müddət əvvəl “Reuters” xəbər vermişdi ki, Avropa İttifaqı “TikTok” sosial şəbəkəsində qaydaları sərtləşdirə bilər. Çünki onun aktiv istifadəçilərinin sayı Avropa Rəqəmsal Xidmətlər Aktı ilə müəyyən edilmiş həddi keçib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.