Avropa Komissiyası sursat istehsalına 1 milyard avro ayıracaq

Avropa Komissiyası Avropa İttifaqının istehsal gücünü artırmaq, döyüş sursatları, raketlər və onların komponentləri sahəsində çatışmazlığı aradan qaldırmaq məqsədi ilə sursat istehsalının dəstəklənməsi haqqında reqlament qəbul edib.

Azpost.info xəbər verir ki, Avropa Komissiyası bu məqsədlə 500 milyon avro ayırmağı təklif edir.

Bu, Avropa İttifaqının Ukraynanı sürətlə sursat və raketlərlə təmin etmək, həmçinin Aİ-yə üzv ölkələrin öz ehtiyatlarını artırmaq planının üçüncü hissəsidir.

Birinci hissəyə Aİ ölkələrinin ehtiyatlarından artıq mövcud döyüş sursatlarının dərhal Kiyevə çatdırılması, ikinci hissəyə isə Ukraynaya daha çox dəstək vermək və Avropa ölkələrinin ordularının ehtiyatlarını artırmaq üçün birgə satınalmalar daxildir. Avropa Komissiyası ilk iki mərhələ üçün 1 milyard avro ayırmağı təklif edib.

“Avropada yüksək intensivlikli münaqişə fonunda bu məhsulların vaxtında kifayət qədər miqdarda əldə edilməsi bizim təhlükəsizliyimiz və Ukraynaya davamlı dəstək səylərimiz üçün çox vacibdir”, – Avropa Komissiyasının bəyanatında deyilir.

Azpost.info

Əvvəlki məqalə

TƏBİB Kürdəmirdə qəzada xəsarət alanların vəziyyətini açıqlayıb

Sonrakı məqalə

Daha 46 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib