Avropa Komissiyası Ukraynadan qaçqın axınına hazırlaşır

Avropa Komissiyası Rusiyanın hərbi müdaxilə ehtimalına qarşı Ukraynadan Avropa İttifaqına (Aİ) mümkün qaçqın axınına hazırlaşır.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spinant məlumat verib. Spinantın sözlərinə görə, mümkün sanksiyalar paketi ilə yanaşı, müxtəlif aspektlərə – enerji təchizatı, iqtisadi nəticələrə, həmçinin miqrant və qaçqınlarla bağlı vəziyyətin kəskinləşməsinə aid olan hazırlıq planları var: “Lazımi dəstəyi təmin etmək üçün üzv dövlətlərlə çox sıx işləyirik”.

Qurum rəsmisi konkret addımların adını çəkməsə də, Avropa Komissiyasının 2020-ci ilin sentyabrında təklif etdiyi miqrasiya və sığınacaq paketinə istinad edib. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell isə bildirib ki, qurumun Kiyevdəki diplomatik missiyası açıq qalacaq və üzv ölkələrin vətəndaşlarına dəstək verəcək.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gülnarə Kərimovanın 131 milyon dolları Özbəkistana qaytarılacaq

Sonrakı məqalə

“Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklik Konstitusiyaya ziddir”-