Avropa Komissiyasının sədri Zelenski ilə görüşüb –Nələr müzakirə olunub?

Kiyevdə səfərdə olan Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Azpost.info xəbər verir ki, o, Zelenski ilə Ukraynanın Avropa İttifaqına qəbulu məsələsini müzakirə etdiyini deyib. “Bugünkü müzakirələr bizə gələn həftənin sonuna kimi qiymətləndirməmizi yekunlaşdırmağa imkan verəcək. Yol məlumdur. Bu, ləyaqətə əsaslanan yoldur. Bu, ukraynalıların bu prosesdəki qeyri-adi qətiyyətini yüksək qiymətləndirdiyimiz yoldur”, – Lyayen bildirib.

Tərəflər Ukrayna hökumətinin qanunun aliliyini gücləndirmək və korrupsiya ilə mübarizə üçün əlavə addımlar atmasının zəruriliyini də müzakirə ediblər. “Daha çox iş görülməlidir. Ukraynada müharibə gedir. Ona görə də sizin diqqətiniz və bizim dəstəyimiz bu dəhşətli müharibənin öhdəsindən gəlməyə yönəlib. Amma biz irəliyə baxmaq istəyirik. Bundan sonra nə etmək lazımdır və s. Məsələn, siz qanunun aliliyini gücləndirmək üçün çox işlər görmüsünüz. Lakin məsələn, korrupsiyaya qalib gəlmək üçün hələ də həyata keçirilməli olan islahatlar var”, – AK sədri qeyd edib.

O, Ukraynanı ötən illərdə anti-korrupsiya institutları yaratdığına görə tərifləyib. Lakin artıq nəticələrə ehtiyac olduğunu deyib.

Azpost.info

Əvvəlki məqalə

Norveçdə vikinqlər dövrünə aid qılınc tapılıb –

Sonrakı məqalə

“Şeyxülislam İstanbul sammitində vacib mesaj verdi” –