Norveçdə vikinqlər dövrünə aid qılınc tapılıb –FOTO

Norveçdə həvəskar arxeoloq vikinqlər dövrünə aid qılıncın bir hissəsini tapıb.

Azpost.info xəbər verir ki, bu barədə “N+1” nəşri məlumat yayıb.

VIII-XI əsrlərdə Avropada düz, birəlli qılınclar geniş yayılmışdı. Silah tarixçiləri onları “Karolinq qılıncı” adlandırırlar. 1-1,5 kiloqrama qədər çəkisi olan bu qılıncların uzunluğu bir metrə qədər olur. Bu qılınclar əsasən Frank dövlətinin ərazisində hazırlanır, bütün Avropaya ixrac edilirdi.

Alimlərin fikrincə, qılınc təxminən 800-cü illərdə Frank dövləti ərazisində və ya Britaniyada hazırlanıb. Onun skandinaviyalı usta tərəfindən düzəldilməsi ehtimalı var. Arxeoloqlar konservasiya işləri başa çatdıqdan sonra daha dəqiq cavab verə biləcəklərini bildiriblər.

Azpost.info

Əvvəlki məqalə

Keçmiş məhkumlara taksi sürmək qadağan ediləcək

Sonrakı məqalə

Avropa Komissiyasının sədri Zelenski ilə görüşüb –