Avropa Liqasında “Neftçi”nin rəqibi “Qalatasaray” oldu

Azərbaycanın Avropa Liqasında mübarizəni davam etdirən yeganə klubu “Neftçi”nin növbəti rəqibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Bakı klubunun II təsnifat mərhələsində qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşib.

I təsnifat mərhələsində “Şkupi”ni (Şimali Makedoniya) evdə 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisinin növbəti rəqibi “Qalatasaray” (Türkiyə) olacaq. Bu raundun qarşılaşmaları sentyabrın 17-də baş tutacaq.

Qalibin bir qarşılaşmada müəyyənləşəcəyi oyun Bakıda keçiriləcək.

Qeyd edək ki, sentyabrın 1-də III təsnifat mərhələsinin püşkü atılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə çıxış edirik” –

Sonrakı məqalə

Neft Fondunun 2020-ci il üçün büdcəsində gəlirlər azaldılıb-