Fevralın 26-da UEFA Avropa Liqasının 1/8 finalının püşkü atılıb.
Nəticələri təqdim edirik:
“Ayaks” (Niderland) – “Yanq Boyz” (İsveçrə)
“Dinamo” (Ukrayna) – “Vilyarreal” (İspaniya)
“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)
“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə)
“Dinamo” (Xorvatiya) – “Tottenhem” (İngiltərə)
“Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya)
“Slaviya” (Çexiya) – “Reyncers” (Şotlandiya)
“Qranada” (İspaniya) – “Molde” (Norveç).
1/8 final 11-18 marta təyin olunub.
1971-ci ildən keçirilən, 2008-cı ilədək UEFA kuboku adlanmış turnirdə “Tottenhem” 2, “Ayaks”, “Şaxtyor”, “Mançester Yunayted” 1 titul qazanıb.