Avropa Məhkəməsi Bəxtiyar Hacıyevlə bağlı qərarını açıqladı –

12 min avro təzminat
22 Aprel 2021 - 13:08
Avropa İnsan Hüquqları Məhkəməsi bu gün ictimai fəal Bəxtiyar Hacıyev haqqında qərarını açıqlayıb.
Azpost.info bildirir ki, bu barədə B. Hacıyev məlumat verib. Şikayət 2011-ci ildə B.Hacıyevə qarşı zorakılıq iddiası ilə bağlı edilib: “Məhkəmə “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinin (Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır) Azərbaycan dövləti tərəfindən pozulması faktını tanıyıb, Gəncə şəhər, Nizami rayon polis şöbəsində qeyri-insani, pis rəftara məruz qalmağımla bağlı şikayətimi yekdilliklə təmin edib”-deyə o bildirib.
Avropa Məhkəməsi dəymiş mənəvi zərərə görə Azərbaycan dövlətindən B.Hacıyevə 12.000 avro kompensasiya ödənilməsinə qərar verib.