Avropa Məhkəməsi Bəxtiyar Hacıyevlə bağlı qərarını açıqladı –12 min avro təzminat

Avropa İnsan Hüquqları Məhkəməsi bu gün ictimai fəal Bəxtiyar Hacıyev haqqında qərarını açıqlayıb.
Azpost.info bildirir ki, bu barədə B. Hacıyev məlumat verib. Şikayət 2011-ci ildə B.Hacıyevə qarşı zorakılıq iddiası ilə bağlı edilib: “Məhkəmə “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinin (Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır) Azərbaycan dövləti tərəfindən pozulması faktını tanıyıb, Gəncə şəhər, Nizami rayon polis şöbəsində qeyri-insani, pis rəftara məruz qalmağımla bağlı şikayətimi yekdilliklə təmin edib”-deyə o bildirib.
Avropa Məhkəməsi dəymiş mənəvi zərərə görə Azərbaycan dövlətindən B.Hacıyevə 12.000 avro kompensasiya ödənilməsinə qərar verib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağ müharibəsinə son qoymuş üçtərəfli bəyanat çox vacib addımdır” –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu