Avropa Məhkəməsi Rusiyanın Ukraynaya qarşı iddiasını rədd edib

Avropa Məhkəməsi Rusiyanın 2021-ci il iyulun 22-də Ukraynaya qarşı Avropa İnsan Hüquqları Konvensiyasının çoxsaylı pozuntuları ilə bağlı qaldırdığı iddianı rədd edib.

Azpost.info xəbər verir ki, məhkəmə Rusiya tərəfinin yazışmalara cavab vermədiyini bildirib.

Rusiya şikayətində Ukraynanı 2014-cü ildən bəri qətllər, adam oğurluğu, məcburi köçürmə, səsvermə hüququna müdaxilə, rus dilindən istifadənin məhdudlaşdırılması, Rusiya səfirlikləri və konsulluqlarına hücumlar kimi zorakılıq hərəkətlərində ittiham edib.

Azpost.info

Əvvəlki məqalə

QMİ sədrinə yeni müavin təyin olunub, 3 qazının fəaliyyətinə xitam verilib

Sonrakı məqalə

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılmasına dair sənəd imzalanıb