“Avropa ölkələrinə qaz nəql etmək üçün diplomatik addımlar atırıq” –PREZİDENT

Biz Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra digər diplomatik addımlar atırıq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışı zamanı deyib.

“Bizim Avropa Komissiyası ilə bir çox sahələri əhatə edən enerji dialoqumuz var – təkcə qaz deyil, buraya bərpaolunan enerji və yaşıl hidrogen daxildir. Yəni, portfel olduqca genişdir. Biz 2027-ci il üçün qaz təchizatımızı iki dəfə artıracağıq. Bu, təqribən 20 milyard kubmetrdir. Hesab edirəm ki, bu, tamamilə realdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Əvvəlki məqalə

“Zəngəzur dəhlizinin qlobal səviyyədə əhəmiyyəti var” –

Sonrakı məqalə

Türkiyədə güclü zəlzələ olub