Avropa Parlamenti bu gün Ukraynanı müzakirə edəcək

Aprelin 4-7-də Avropa Parlamentinin Strasburqda keçiriləcək plenar iclasının əsas mövzularından biri Ukrayna olacaq.

Azpost.info xəbər verir ki, iclasda Rusiyanın Ukraynaya təcavüzünün humanitar nəticələri, həmçinin Avropa İttifaqı (Aİ) büdcəsində Ukraynaya dair xərclər müzakirə olunacaq.

Aprelin 5-də Avropa Parlamentinin deputatları Avropa Komissiyası və Aİ Şurası ilə müharibədən qaçan ukraynalı uşaqlara yardım imkanlarına diqqət çəkəcəklər. Xüsusən də onların insan alveri və istismarından qorunması imkanlarını müzakirə edəcəklər. Ukraynadan olan qaçqınlar üçün müvəqqəti müdafiə mexanizminin müəyyən edilməsindən sonra onlara müvəqqəti Aİ-də yaşamaq, təhsil və əmək bazarına çıxış hüququ verən Avropa Komissiyası və Aİ Şurası 10 bəndlik sənəd üzərində işləyir.

Sənədə Aİ-nin qeydiyyat platforması və qaçqınlar üçün nəqliyyat xidmətlərinin əlaqələndirilməsi, Ukraynadan olan uşaq və yeniyetmələrin qəbulu və dəstəklənməsi üçün konkret tövsiyələr daxildir. Müvafiq qətnamənin cümə axşamı qəbul ediləcəyi gözlənilir. Ukrayna mövzusu Aİ-nin 2023-cü il büdcəsinin prioritetləri ilə bağlı müzakirələrdə də yer alacaq. Deputatlar Aİ-ni böhranın geosiyasi nəticələrinin aradan qaldırılması üçün mühüm maliyyə təminatına, o cümlədən humanitar tədbirlərə dəstək verməyə çağıracaqlar. 2023-cü il üçün büdcə tövsiyələri aprelin 5-də səsverməyə çıxarılacaq.

Azpost.info

Əvvəlki məqalə

Gürcüstanın xarici işlər naziri istefa verib

Sonrakı məqalə

“Putinin bu planından xəbərimiz vardı” –