Gürcüstanın xarici işlər naziri istefa verib

Gürcüstan Baş nazirinin birinci müavini, xarici işlər naziri David Zalkaliani istefa verib.

Bu barədə Baş nazir İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib. O, D. Zalkalianinin Gürcüstanın ABŞ-a səfiri təyin edildiyini açıqlayıb.

Gürcüstanın yeni XİN başçısı İlia Darçiaşvili təyin edilib. O, bundan öncə Gürcüstanın hökumət administrasiyasının rəhbəri vəzifəsində çalışıb.(APA)

Əvvəlki məqalə

Prezident İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib –

Sonrakı məqalə

Avropa Parlamenti bu gün Ukraynanı müzakirə edəcək