“Azərbaycan və Ermənistan arasında əldə olunan sülhü alqışlayırıq”.
Bu sözləri Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç AŞPA-nın qış sessiyasında deyib.
O bildirib ki, hər iki ölkənin səlahiyyətli şəxsləri ilə məsləhətləşmələr, danışıqlar aparılıb.
“Biz hər zaman sülhün nə qədər vacib olmağı barəsində danışmışıq. Bu görüşlər, danışıqlar Avropa Şurasının mandatı çərçivəsində hər iki ölkəyə post-konflikt dəstəyi vermək barəsindədir. Çünki Avropa torpaqlarındakı hər bir şəxs öz hüquqlarının müdafiəsi haqqına sahibdir. Biz bunun olmağını təmin etmək üçün çalışırıq”, – deyə Mariya Peyçinoviç-Buriç bildirib.