Avropada əksər liderlər Azərbaycan Prezidenti ilə eyni platformada durmaq istəyirlər- Peter Siyarto

Avropada əksər liderlər Azərbaycan Prezidenti ilə eyni platformada durmaq istəyirlər.

Bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.

O deyib: “Dünya yenidən bloklara bölünə bilər. Bu da hər kəs üçün problem yarada bilər. Biz isə əməkdaşlığa köklənmək istəyirik. Azərbaycan-Macarıstan münasibətləri buna ən böyük nümunədir. Ölkələrimiz arasında etimad mühiti mövcuddur”.

Macarıstanın Azərbaycanla strateji xarakter daşıyan münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edən Peter Siyarto vurğulayıb: “Bu xüsusda mövcud potensialdan istifadə zəruridir. İkitərəfli iqtisadi komissiya üzrə aparılan işlərdən məmnunuq. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmli rolu vardır. Azərbaycan Macarıstanın da enerji təhlükəsizliyində önəmli aktordur”.

Əvvəlki məqalə

Rusiyalı deputat Niderlanda nüvə zərbəsi endirməyə çağırıb

Sonrakı məqalə

Hakan Fidan Çindəki Uyğur bölgəsinə getdi, məscidi ziyarət etdi