Avropada isti havaya görə ölüm halları 30 faiz artıb

Son iyirmi ildə Avropada isti hava səbəbindən ölüm halları 30 faiz artıb.

Azpost.info xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı və Avropa Kopernik İqlim Dəyişikliyi Xidmətinin hesabatında bildirilir.

Monitorinq aparılan rayonların 94 faizində istilərdən ölüm hallarının artması qeydə alınıb.

Eyni zamanda, 2023-cü ildə temperaturun 46 dərəcədən yuxarı qalxdığı həddindən artıq istilik stressi olan günlərin maksimum sayı qeydə alınıb. Hesabata görə, 2023-cü il Avropada ya ən isti, ya da ikinci ən isti il olub. Ən isti sentyabr ayı da daxil olmaqla, orta temperatur il ərzində orta səviyyədən 1,02-1,12 dərəcə yüksək olub.

Bu arada, 2023-cü ildə hava və iqlimdən iqtisadi itkilər 13,4 milyard avronu keçib.

Azpost.info

Əvvəlki məqalə

Paşinyan Avropa İttifaqının xüsusi nümayəndəsi ilə delimitasiyanı müzakirə edib

Sonrakı məqalə

Vüqar Səfərli ilə birgə ittiham olunan baş memar cəzadan azad edilib