Avropada Merkel dövrü sona çatıb –Strateji davalar Almaniyanı əldən salır (TƏHLİL)

Makronun Putinlə barışması onu Trampla yaxınlaşdırır. Almaniya Putinin müqavimətə revizionist iradəsinin məkrli gücünü düzgün qiymətləndirməyib. Bu gün strateji-tektonik tendensiyalar sözün əsl mənasında onu əldən salır.

““Böyük yeddilik” qrupunun Biarisdə keçirilən sonuncu sammitindən bir gün sonra Fransa prezidenti maraqlı çıxış edib. Həmin çıxış mahiyyət etibarilə Makronun (Emmanuel Macron) Rusiya ilə yaxınlaşmaq və gələcəkdə Putini strateji tərəfdaş kimi nəzərdən keçirmək istədiyini göstərib. (…) Strateji baxımdan Fransanın Rusiya ilə nəzərdə tutduğu yaxınlıq Tramp (Donald Trump) və Makronun birliyi anlamına gəlir. Onlar bir məsələdə həmfikirdirlər ki, Putin dünya nizamı uğrunda gedən mübarizədə iki böyük avtoritar rəqib arasında ən zəifidir. Ona görə əsl strateji təhlükə kəsb edən Çini zəiflətmək üçün Putinin rəğbətini qazanmaq lazımdır”, – Vinçester Universitetinin professoru, London Kral Kolecinin elmi əməkdaşı Maksimilian Terhalle (Maximilian Terhalle) “Neue Zürcher Zeitung” qəzetində yazır.

“Almaniya hökuməti Putinin müqavimətə revizionist iradəsinin məkrli gücünü düzgün qiymətləndirməyib, daxili siyasətdə rəqib kimi Trampdan istifadə etməkdə ağılsızlıq edib, ancaq reallıqda ona güclü rəqib kimi baxmayıb; Almaniya hökuməti indiyədək Çinin strateji oyunçu olduğunu düşünmür, bu səbəbdən həmin iki dövlətin arasındakı dinamikadan və onun Berlinə təsirindən praktiki nəticələr çıxarmayıb, – məqalə müəllifi qeyd edir. – (…) Ona görə bu gün strateji-tektonik tendensiyalar sözün əsl mənasında Almaniyanı əldən salır. Dünya nizamı uğrunda antaqonist və realist qarşılıqlı mübarizə və “böyük dövlətlərin” qarşıdurması Berlinin gözü qarşısında baş verir. Onun cizgiləri Şpredə seçilirmi? Bununla bağlı şübhələr getdikcə artır”.

“Ümumiyyətlə Rusiyanı Çindən “ayırmaq” mümkün olacaqmı? Bəlli deyil. Bir çox qərb romantiklərinin fikirlərinin əksinə Putində Asiya özəllikləri daha çoxdur. (…) Qərb fəndi alınsa, Rusiya bunun üçün böyük bədəl istəyəcək, axı onun ambisiyaları azalmayıb. (…) Bəs Putin necə Avropa istəyir, hansı razılıqlar əldə olunacaq və bu razılaşmalar nə qədər etibarlı olacaq? O, minimum Ukraynanı, Moldovanı, Belarusu və Kalininqrad anklavına birbaşa giriş imkanı istəyir. Bu da onu göstərir ki, Avropa hərbi cəhətdən, o cümlədən nüvə baxımından özünü sığortalamalıdır”, – məqalədə deyilir.

“Ola bilsin, Si Tsinpin (Xi Jinping) hələ II Vilhelm (Wilhelm II) deyil, ancaq o, açıq-aşkar hakimiyyətin başdan çıxaran xüsusiyyətlərinə və prestijə müqavimət göstərən Bismark (Otto Bismarck) da deyil. Medalın arxa tərəfi isə Rusiyanın bu yolla Avropada yeni imkanlar əldə edəcəyini göstərir”, – professor qeyd edir.

“(…) Makron Rusiyaya strateji təklifi ilə Avropa siyasətində almaniyalı kanslerin dövrünə son qoyub. Almaniya əhalisi Çinin hədsiz hakimiyyətinin məhdudlaşdırılması tələb olunan qarşıdan gələn dövrə hazırlıqlı deyil. Almaniya, nəhayət, dünya siyasətinin strateji xarakterini başa düşməlidir”, – sonda Terhalle yazır. (Xpressa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Trampla heç vaxt yaxın olmamışıq” –

Sonrakı məqalə

Düşmən gecə iriçaplı pulemyotlarla atəşkəsi pozub –