Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

User 23 Sentyabr 2026 - 18:30 (Last updated: 23 Sentyabr 2026 - 18:31)
qaz avropa

Avropada təbii qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə düşüb.

AZƏRTAC xəbər verir ki, Niderlandın TTF habında qazın oktyabr üzrə fyuçersləri meqavat-saat üçün 3,7 faiz azalaraq 73 avro olub.

Ekspertlərin fikrincə, anbarların doldurulması mövsümünün sonuna yaxınlaşdığı bir vaxtda Avropada qeyri-adi dərəcədə az qaz ehtiyatları son zamanlar əhəmiyyətli qiymət dəyişkənliyinə səbəb olub. Qitədə qaz qiymətləri ABŞ-nin İranla diplomatik danışıqlarda irəliləyiş olduğunu bildirməsindən sonra azalıb. Razılaşma ümidləri Hörmüz boğazında nəqliyyatın bərpa olunması gözləntilərini artırıb. Nəticədə qlobal tədarük artıra və bu, neft qiymətləri ilə birlikdə qaz qiymətlərinin də aşağı düşməsinə səbəb ola bilər.

Bildirilir ki, Yaxın Şərqdən enerji axınlarının bərpası Avropa üçün xoş xəbərdir. Əks təqdirdə, region mayeləşdirilmiş təbii qaz (LNG) təchizatı üçün daha şiddətli rəqabətlə üzləşəcək və bu da soyuq aylardan əvvəl qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər.

“Gas Infrastructure Europe”nın (GIE) məlumatlarına görə, Avropada təbii qaz anbarlarının doluluq nisbəti mövsümi orta göstərici olan 86 faizlə müqayisədə hazırda 70 faizdən bir qədər yuxarıdır.

Şimal-qərbi Avropaya LNG daşınmasında son artımlar bazara müəyyən qədər rahatlıq gətirib, qitəyə boru kəməri axını isə Norveçin texniki xidmət cədvəli səbəbindən azalıb.

“Fitch Ratings”ə görə, hazırkı dövr üçün anbarların doluluq nisbətinin son dörd ildəki səviyyədən (80-90 faiz) xeyli aşağı olmasına baxmayaraq, Avropa İttifaqındakı qaz anbarlarının üçdə ikisindən bir qədər çoxunun dolu olması qış aylarında təchizat fasilələrinin qarşısını almaq üçün kifayətdir.

AzPost.az

Post navigation

Previous: 5 mindən çox yeni iş yeri:
Next: “.az” domenlərinə qarşı hücumlar qeydə alınıb

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.