Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“.az” domenlərinə qarşı hücumlar qeydə alınıb

User 23 Sentyabr 2026 - 18:44 (Last updated: 23 Sentyabr 2026 - 18:44)
haker

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən aparılan monitorinq zamanı “.az” domen zonasında bir-birinə oxşar xüsusiyyətlərə malik çoxsaylı veb-sayt “defacement” (veb-saytın icazəsiz dəyişdirilməsi) hadisələri müəyyən edilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı eyni gündə  22 “.az” domeninin “Xscyth3” adlı kiberdələduz tərəfindən “deface” olunduğu müşahidə edilib.

Hədəfə alınan domenlərin böyük hissəsi turizm, tur operatorluğu, transfer, fərdi və qrup turları, eləcə də Bakı və Azərbaycanda səyahət xidmətləri ilə bağlı olub. Hadisələrin eyni vaxtda və oxşar xarakter daşıması onların bir-birindən müstəqil insidentlərdən daha çox ortaq texniki və ya inzibati infrastrukturla əlaqəli ola biləcəyini göstərir. MKA tərəfindən aparılan texniki yoxlama zamanı domenlərin bir hissəsində ortaq qeydiyyat məlumatlarının istifadə edildiyi müəyyən olunub. Belə ki, bəzi domenlər üzrə “info@ati.az” elektron poçt ünvanı və “Azerbaijan Travel International” təşkilat adı müşahidə edilib. Bundan əlavə, 19 domenin “AS47583 / AS-HOSTINGER” şəbəkəsində yerləşdiyi, həmin domenlərdə eyni “ns1.dns-parking.com” və “ns2.dns-parking.com” serverlərinin, eləcə də “hcdn” server göstəricisinin istifadə olunduğu müəyyən edilib. Qeyd olunan texniki göstəricilər hədəflənən domenlər arasında ortaq infrastruktur və ya idarəetmə əlaqələrinin ola biləcəyini göstərən indikatorlar kimi qiymətləndirilir.

Veb-saytda aşkar edilmiş “Web Defacement” halı ilə əlaqədar sistemdə mövcud ola biləcək zəifliklərin müəyyən edilməsi məqsədilə təhlükəsizlik auditi və insident araşdırmasının aparılması tövsiyə olunur. Saytın CMS, plagin və digər komponentlərinin aktual versiyalara yenilənməsi, inzibatçı hesablarının parollarının dəyişdirilməsi və çoxfaktorlu autentifikasiyanın (MFA) tətbiq edilməsi məqsədəuyğundur. Eyni zamanda, server və tətbiq loqlarının təhlil edilməsi, aşkar edilmiş zəifliklərin aradan qaldırılması və oxşar halların vaxtında müəyyən edilməsi üçün davamlı təhlükəsizlik monitorinqinin təşkili tövsiyə edilir.

AzPost.az

Post navigation

Previous: Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib
Next: Əfv Sərəncamı icra edilib –

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.