Avropanın 15 ölkəsinin milli təhlükəsizlik nümayəndələri Kiyevə gəlib

Yanvarın 3-də Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri Kiyevə gəliblər.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov “Telegram” kanalında məlumat verib.

Səfərə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Latviya, Estoniya, Litva, Polşa, Finlandiya, Kanada, Hollandiya, İsveç, Norveç və Danimarkadan nümayəndələri gəlib. Danışıqlara NATO, Avropa Şurası və Avropa Komissiyasının nümayəndələri də qatılıb.

“Qarşıda gərgin iş günüdür. Tərəflər təhlükəsizlik və iqtisadi məsələləri müzakirə edəcək, çərçivə sənədləri üzərində işləyəcək, Ukraynanın növbəti addımlarının beynəlxalq tərəfdaşlarla əlaqələndirilməsini müzakirə edəcək”-, deyə Umerov bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.