Avropanın 19 nəhəng şirkətindən “Qazprom”a qarşı iddia –Ağlasığmaz məbləğ tələb olunur/ ADLAR/“Reuters”

Avropanın 11 ölkəsindən ən azı 19 şirkət qaz müqavilələrinin pozulmasına görə Rusiyanın “Qazprom” şirkətinə qarşı iddia qaldırıb. Onların ümumi məbləği 18,6 milyard avroya və ya 20,6 milyard dollara çatır.

Azpost.info bildirir ki, bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, onlardan ən böyüyünü – 13 milyard avronu keçmişdə “Qazprom”un Almaniyadakı əsas müştərisi və “Şimal axını 2” layihəsində ortaq sərmayəçi olan Almaniyanın “Uniper” konserni qaldırıb.

Digər şirkətlər bunlardır:

▪️Almaniyanın digər qaz idxalçısı RWE şirkəti Qazpromdan təxminən 1 milyard dollar daha çox tələb edir.
▪️Fransız Engie arbitrajda iddia qaldıraraq Qazprom-dan 300 milyon avrodan çox pul tələb edib.
▪️Avstriyada ən böyük enerji konserni OMV Qazprom-a qarşı 575,3 milyon avroluq iddia qaldırıb.
▪️Finlandiyada – Gasum konserni,
▪️İtaliyada – enerji nəhəngi Eni,
▪️Polşada Europol Qaz Qazprom-a qarşı 1,5 milyard avro iddia qaldırıb.
▪️Çexiyada Net4gas və Innogy Energie verilməmiş qaza görə Qazprom-a qarşı iddia qaldırıb: birincisi 113 milyon avro, ikincisi 78 milyon avro tələb edir.
▪️İsveçrədə qaz treyderləri DXT Commodities və Axpo Solutions məhkəməyə müraciət ediblər: onların ümumi məbləği demək olar ki, 1 milyard avroya çatır.
▪️Niderlandın qaz nəqli operatoru Gasunie Transport Services Qazpromdan 275 milyon avro tələb edir.
▪️BBL Company V.O.F tərəfindən ehtiyatda saxlanan qaz tutumlarından istifadə edilməməsi ilə bağlı daha bir iddia qaldırıb.

▪️Slovakiyada ZSE Energia və Vychodoslovenska energetika Qazpromu məhkəməyə vermək qərarına gəlib.
▪️Bolqarıstanda – Bulgargaz. Sonuncu müqavilənin ləğvi üçün 400 milyon avro tələb edir.

Bildirilir ki, “Qazprom”a qarşı iddiaların ümumi məbləği onun bütün xarici bazarlara qaz satışından əldə etdiyi xalis gəliri -Avropa və Türkiyəyə tədarükdən ildə 10 milyard dollar, Çinə tədarükdən 7 milyard dollar və MDB ölkələrinə ixracdan 2 milyard dolları üstələyib.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycandan qaz almağa hazırıq” –

Sonrakı məqalə

Türkiyə bankları Rusiyadan Avropaya ödənişləri bloklamağa başlayıb