Avrozonada inflyasiya səviyyəsi 2 faiz olub

Avropa
Avropa

Avrozonada iyul ayında inflyasiya səviyyəsi 2 faiz təşkil edib. Beləliklə, inflyasiya göstəricisi Avropa Mərkəzi Bankının 2 faizlik hədəfinə bərabər olub.

AZƏRTAC xəbər verir ki, aylıq müqayisədə ən böyük qiymət artımı 3,3 faizlə qida sektorunda və tütün məmulatlarında qeydə alınıb. Xidmətlər sektorunda isə qiymət artımı əvvəlki ayla müqayisədə 3,1 faiz olub.

Bazar proqnozları iyulda Avrozonada inflyasiyanın 1,9 faiz olacağı istiqamətində idi. İyun ayında da Avrozonada inflyasiya səviyyəsi 2 faiz təşkil etmişdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.