Avstriya 4 rusiyalı diplomatı ölkədən çıxarır

Avstriya 4 rusiyalı diplomatı ölkədən çıxarır.

Bu barədə Avstriya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında deyilir.

Vyanadakı Rusiya səfirliyinin 3, Zalsburqdakı Rusiya konsulluğunun isə 1 əməkdaşı aprelin 12-nə qədər Avstriyanı tərk etməlidir.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Avstriyanın atdığı addıma cavab veriləcəyini bildirib. (TASS)

Əvvəlki məqalə

XİN İlham Əliyev və Paşinyanın görüşü haqqında açıqlama yaydı

Sonrakı məqalə

“Uşaqlar arasında koranavirus yox olmaqdadır”-