“Uşaqlar arasında koranavirus yox olmaqdadır”-Pediatriya İnstitutunun direktoru

“Uşaqlar arasında koranavirus yox olmaqdadır”.

Bunu APA-ya açıqlamasında K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev deyib.

“Uşaqlar arasında koronavirusa yoluxma hallarında azalma müşahidə olunur. Təbii ki, koronavirusdan sonra ağırlaşma hallarını bundan sonra da görəcəyik. Tibb elmi koronavirusun bir çox ağırlaşmaları ilə qarşılaşacaq”, – o vurğulayıb.

Allahverdi Musayevin sözlərinə görə, Azərbaycanda son vaxtlar koranavirus xəstələrinin sayında, eyni zamanda, bu xəstəlikdən ölüm hallarında azalma müşahidə olunduğunu qeyd edib.

Direktor, koronavirus xəstələrində “MIS-C” xəstəliyinin görülməkdə olduğunu əlavə edib.

“Qadınlar hamiləliyin son dönəmində gizlin şəkildə koronavirus keçirir və uşaq doğulduqdan sonra uşağın orqanizmində patologiyalar çıxa bilir”, – o vurğulayıb.

Əvvəlki məqalə

Avstriya 4 rusiyalı diplomatı ölkədən çıxarır

Sonrakı məqalə

“Azəriqaz” əməkdaşına kəllə atan şəxs həbs edilib