Avtobus gecikdi: İnsanlar saat yarım çovğunda qaldı- VİDEO

Bakıda qarlı hava şəraiti ilə əlaqədar bir sıra avtobus xətlərində ciddi problemlər yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, ən çox problemlər Yeni Yasamal-İçəri şəhər metrosu istiqamətində hərəkət edən  77 nömrəli müntəzəm avtobus marşrutunda və Yeni Yasamal – Parlament prospekti istiqamətində hərəkət edən avtobuslarda yaranıb.
Belə ki, bu gün səhər saat 6:00-dan 7:30-a kimi hər iki nömrəli avtobus fəaliyyətdə olmayıb. Nəticədə minlərlə sərnişin küçələrdə qalmalı olub.
Yollar qar və buzdan təmizlənsə də, sözügedən avtobusların xəttə buraxılmaması narazılıqlara səbəb olub.
Səhər saat 7:30-dan sonra hər iki xətt üzrə cəmi 4 avtobus istismara buraxılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.