Sui-qəsd cəhdinə məruz qalan rusiyalı yazıçı reanimasiyadadır

Avtomobili partladılan rusiyalı yazıçı Zaxar Prilepin reanimasiyadadır.

Azpost.info xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Kanalın xəbərnə görə, publisistin vəziyyəti ağır kimi qiymətləndirilir.

İndi yazıçının Moskvaya aparılması məsələsi müzakirə olunur. Bundan əvvəl Prilepinin müalicə üçün paytaxt klinikalarından birinə köçürülməsi üçün helikopterin göndəriləcəyi deyilmişdi.

Rusiya Daxili İşlər Nazirliyi Nijni Novqorod vilayətində Prilepinə sui-qəsd cəhdində şübhəli bilinən şəxsin saxlanıldığını bildirmişdi.

Nazirliyin rəsmi nümayəndəsi İrina Volkun sözlərinə görə, əməliyyatçılar cinayətkar olduğu iddia edilən şəxsə qaynar izlərlə çata biliblər.

Azpost.info

Əvvəlki məqalə

Rusiyalı yazıçının avtomobilini partladan şəxs saxlanılıb

Sonrakı məqalə

Putin Tacikistan prezidentini Qələbə Günü ilə bağlı Moskvaya dəvət edib